AzərbaycanİranXƏBƏRLƏR

İran və Azərbaycan arasında gömrük əməkdaşlıqları genişlənir

Azərbaycan Respublikası Baş Gömrük İdarəsinin rəisi Aydın Əliyev ilə İranın Bakıdakı səfiri Möhsün Pakayin arasında baş tutan görüşdə iki ölkə arasında gömrük əməkdaşlıqlarının genişləndirilməsi, yüklərin daşınması və sərnişinlərin gediş-gəlişinin asanlaşdırılması yolları araşdırılıb.

Bu görüş zamanı qərara alınıb ki, İran və Azərbaycan Respublikasının gömrük rəsmiləri davamlı olaraq Astara, Biləsuvar, Culfa və Poldəşt sərhəd gömrük məntəqələrində görüşlər təşkil etsinlər.

Həmçinin, Azərbaycan Respublikası Baş Gömrük İdarəsinin rəisi Aydın Əliyev iranlı həmkarını Bakıya səfərə dəvət edib.

Beynəlxalq və regional qurumlarda əməkdaşlıqların edilməsi, gömrük işçiləri üçün müştərək təlim kurslarının təşkil edilməsi, onların digər ölkənin qanunları ilə tanış olması, gömrük məntəqələrində rüşvətxorluğun qarşısının alınması və gömrük əməliyyatı vaxtının azaldılması görüşdə əldə olunan digər anlaşmalardan olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu