İran və Azərbaycan Respublikasının parlament əməkdaşlıqlarının inkişafı vurğulanıb
Azərbaycan Respublikası parlamentinin sədr müavini və İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sözçüsü Bakıda görüşdə iki ölkənin parlament münasibətlərinin inkişafını vurğulayıblar.
Ziyafət Əsgərov Kazım Cəlali ilə görüşdə İranda yeni prezidentin seçilməsi münasibəti ilə təbrik edərək İrandakı seçkiləri demokratik və qürur yaradıcı adlandırıb və ümidvarlıq edib ki, yeni dövrdə də iki ölkə münasibətləri yüksələn xətt üzrə davam edəcək.
Azərbaycan Respublikası parlamentinin sədr müavini həmçinin İranın Azəbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsinə toxunaraq əlavə edib: Azərbaycan Respublikası əcnəbilərə bu ölkə torpağından İrana qarşı istifadə olunmasına icazə verməyəcək.
Bu görüşdə İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sözçüsü Kazım Cəlali də iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin genişlənməsini iki xalq və iki dövlətin xeyrinə adlandırıb və əlavə edib: Əcnəbilərin iki ölkə münasibətlərində xələl yaratmalarına icazə verməmək lazımdır.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsini bu ölkə qarşısında Tehranın strategiyası olduğunu bildirən Kazım Cəlali deyib: İranın qənaətincə, əcnəbilər Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyillər.
Qeyd etmək lazımdır ki, Kazım Cəlali İslam Parlamentlərarası İttifaqın icraiyyə komitəsinin 30-cu iclasında iştirak etmək məqsədilə Bakıya səfər etmişdir.
