İranın Atom Enerjisi Təşkilatının sözçüsü İran və Rusiyanın ən azı 2 Atom Elektrik Stansiyası inşa etməyə razılıq əldə etmələri xəbərini verib.
Behruz Kəmalvəndi çərşənbə günü İRNA-ya söyləyib: Bu razılaşmaya əsasən bu 2 stansiya ən azı 20 min meqavat elektrik istehsal edəcəklər.
Kəmalvəndi bildirib: Bu razılaşmanı Atom Enerjisi Təşkilatı rəhbəri Əliəkbər Salehi və Rus Atomun prezidenti Sergey Krinkov imzalayacaqlar.