İranın Atom Enerjisi Təşkilatının sədri bu təşkilatın ixtisaslaşdırılmış nüvə xəstəxanasının təsis edilməsi ilə bağlı proqramından xəbər verib.
Əli Əkbər Salehi bu gün deyib: İxtisaslaşdırılmış nüvə xəstəxanası ehtimal olunan gözlənilməz nüvə hadisələri zamanı faydalı ola bilər.
Salehi həmçinin deyib: Bu xəstəxana nüvə tibbi və radio dərmanlara ehtiyaclı olan xəstələrə xidmətlərin göstərilməsində də faydalı ola bilər.
Salehi vurğulayıb: Bu xəstəxananın təsis edilməsi nüvə tibbi sahəsində İran üçün böyük bir uğur olacaq.