İran xarici işlər nazirinin müavini və Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Moskvada keçirdikləri müzakirələrində ABŞ-ın Suriyaya qarşı hər cür hərbi müdaxiləsini rədd ediblər.
Hüseyn Əmir Əbdollahiyan və Mixail Boqdanov( Rusiya xarici işlər nazirinin müavini) bu müzakirələrdə Suriya böhranının həlli üzrə Tehran-Moskva məsləhətləşmələrinin davam etdirilməsini vurğulayıblar.
Əmir Əbdollahiyan əlavə edib: Qərbin şayiələri və atmosfer yaratmasının əksinə olaraq, Suriya dövləti kimyəvi silahdan istifadə etməyib və bu cür hərəkətlər Suriyadakı terrorçu və təkfiri qrupların işidir və bu barədə sənədlər də mövcuddur.