SuriyaXƏBƏRLƏR

Avropalı rəsmilər, müharibə üçün Suriyaya gedən avropalı gənclərin sayının artmasından nigarandırlar

Avropalı rəsmilər Suriyada üsyançılara yardım üçün bu ölkəyə gedən avropalı gənclərin sayının artmasından nigarandırlar.

Avropa Birliyinin Terrorizmlə Mübarizə Təşkilatının sədri Suriyada daxili müharibələrdə iştirak etmək üçün bu ölkəyə gedən avropalı gənclərin sayının artması haqda xəbərdarlıq edib.

Hal hazırda könüllü qüvvələrdən yüzlərlə nəfər Suriya üsyançılarının kənarında dövlət hərbçiləri ilə müharibə edirlər və həmin şəxslər öz ölkələrinə geri döndükləri zaman, ciddi təhlükəsizlik hədəsinə çevrilə bilərlər.

Terrorizm məsələləri üzrə ekspert Klod Munike bildiribdir ki, Avropada ifratçı gənclərin sayının artması təhlükəlidir və onların bir çoxu sadəliklə tələyə düşürlər. Munikenin sözlərinə görə bu gənclərin əksəriyyəti aydın siyasi təfəkkürə malik deyillər və yalnız müharibənin özü üçün döyüşə daxil olurlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu