Rusiya rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün bir heyətə başçılıq edərək Moskvaya səfər edən İranın neft naziri Rusiyanın enerji naziri ilə görüşüb danışıqlar aparıb.
İran Neft və Enerji İnformasiya Agentliyi (ŞANA)-nın verdiyi məlumata əsasən, Bijən Namdar Zəngənə və Aleksandr Novak ötən gün (cümə 14 mart) Moskvada İİR ilə Rusiya arasında enerji sektorunda və iki ölkə arasındakı ortaq iqtisadi komissiya çərçivəsində əməkdaşlıqların genişləndirilməsi barədə məsləhətləşmələr aparıb.
İranın neft naziri və Rusiyanın Energetika naziri iki ölkə arasında müştərək komissiyaya başçılıq edirlər.
İranın neft naziri ötən cümə axşamı Rusiyaya səfər etməzdən öncə, Rusiya ilə əməkdaşlıqların inkişafı üzrə anlaşmanın yekunlaşmasından xəbər vermişdi.
Zəngənə həmiçinin İran İslam Respublikasının müxtəlif sahələrdə, o cümlədən texniki və texnologiya, məhsulların təmini və xidmətlərin verilməsində qarşılıqlı əməkdaşlıq etmək üçün ciddi əzmkar olduğunu bildirib.
