İranSuriyaTürkiyəXƏBƏRLƏR

İran və Türkiyə Suriya məsələsinin siyasi yolla çözülməsi üzərində təkid ediblər

İran və Türkiyə parlamenti sədrləri Suriya məsələsinin siyasi çıxış yolu ilə həll edilməsi üzərində təkid ediblər.

İRİB-nin verdiyi məlumata əsasən, Əli Laricani Tehranda türkiyəli həmkarı Cəmil Çiçek ilə görüşdükdən sonra müxbirlər qarşısında deyib: Bizim fikrimizcə, Suriya məsələsində islahatların aparılması ilə yanaşı demokratiyaya əsasən, ölkənin məsələsi siyasi çıxış yolları ilə həll edilməlidir.

İran İslam Şurası Məclisinin spikeri deyib: Suriyada çox tez bir zamanda kobudluqlara son qoyulmalıdır.

Laricani İraq parlament nümayəndələrinin son vaxtlarda İrana səfərinə toxunaraq deyib: Suriya məsələsinin siyasi yollarla çözülməsi üçün İran, İraq və Türkiyə ortaq bir çıxış yoluna malikdirlər ki, hər üç ölkə onu izləməkdədir.

İran İslam Şurası Məclisinin sədri açıqlayıb: Türkiyə parlamentinin sədri ilə aparılan müzakirələrdə İslam ölkələri arasında əlaqələrin güclənməsi və regionda demokratiyanın inkişafı üzrə iki ölkənin fikirləri üst-üstə düşüb. Laricani həmçinin terrorizmlə bağlı da İran ilə Türkiyənin eyni fikirdə olduğunu söyləyib.

İran İslam Şurası Məclisinin sədri açıqlayıb: Region ölkələri xüsusilə Türkiyə üçün bu məsələ əhəmiyyət daşıyır ki, çirkin terrorizm hərəkətləri, o cümlədən təkfirçi cərəyanları ilə mübarizə aparsınlar. O deyib ki, hazırkı dəyişikliklərin zərər-ziyandan başqa region üçün heç bir töhfəsi yoxdur.

Cənab Laricani deyib: Bundan sonra, iki ölkənin təhlükəsizlik və siyasi bölmələri siyasi çıxış yolların əldə edilməsi üçün artıq əməkdaşlıq etməlidirlər.

İran İslam Şurası Məclisinin sədri həmçinin İraqın irəli sürdüyü plan haqda isə İran ilə Türkiyənin eyni fikirdə odluqlarını deyərək bildirib ki, bundan sonra iki ölkə arasında diplomatik bölmələri bu haqda aktiv addımlar həyata keçirəcəklər.

Türkiyə parlamentinin sədri Cəmil Çiçek isə təkidlə bildirib ki, Regiondakı mövcud problemlər sülhamiz şəkildə və dialoqların aparılması ilə həll edilməlidir. Çiçek əlavə olaraq deyib: Belə bir fikirlərin irəli sürülməsi halda tam təəssüflə regionda baş verən dəyişikliklər qeyri-insani şəkildə və dini normaların tam əksinə olaraq vəhşicəsinə baş verməkdədir.

Çiçek İran ilə Türkiyə arasındakı əməkdaşlığı region ölkələri üçün örnək hesab edərək deyib: Sülhməqsədli və kollektiv şəkildə çıxış yollarını regionda istiqamətləndirməliyik. Bu sahədə İran və Türkiyə parlamentləri hər bir əməkdaşlığın aparılması üçün hazırdırlar.

Türkiyə parlamentinin sədri ötən gün (şənbə 21 sentyabr) yüksəkvəzifəli bir heyətə başçılıq edərək Tehrana daxil olub.

Türkiyə parlamentinin sədri Tehrana etdiyi iki günlük səfərində, İran İslam Şurası Məclisinin sədri ilə görüşdükdən əlavə, İran prezidenti və ölkənin digər rəsmiləri ilə görüşüb fikir mübadiləsi aparacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu