İran İslam Respublikası və Misirin xarici işlər nazirləri Beynəlxalq Cenevrə iclasına əsasən, Suriya böhranı üçün siyasi həll yolu üzərində təmərküzləşməyə və bu ölkədə milli dialoqun qurulmasına səyi vurğulayıblar.
Əli Əkbər Salehi öz misirli həmkarı- Məhəmməd Kamil Əmr ilə telefon söhbətində Misir prezidenti- Məhəmməd Mursinin təşəbbüsü ilə Suriya hadisələri barədə dördtərəfli iclasın keçirilməsini rəğbətlə qarşılayıb.
Salehi-Əmr söhbətində İran-Misir ikitərəfli münasibətləri də nəzərdən keçirilib.