İranın iqtisadi işlər və maliyyə naziri Seyid Əli Mədəni-zadə ilə Əfqanıstan hökumətinin maliyyə naziri Məhəmməd Naser Axund Tehranda keçirilən görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi və sərhəd mübadilələrinin asanlaşdırılması barədə razılığa gəliblər.
Razılaşmaya əsasən, Əfqanıstanın İslamqala gömrüyü gələn şənbə günündən etibarən gecə-gündüz fəaliyyət göstərəcək. Gömrük sistemlərinin əlaqələndirilməsi, avtomobillərin hərəkətinin artırılması, malların qaçaqmalçılığına qarşı mübarizə və Əfqanıstanın İrana ixracının asanlaşdırılması da razılaşmanın digər əsas istiqamətləri olub.


