AzərbaycanXƏBƏRLƏR
Hilal Məmmədovla Ailəsinə görüş verilmədi
Yanvarın 24-də məhbus hüquq müdafiəçisi, jurnalist Hilal Məmmədovla görüşmək istəyən ailə üzvləri buna nail ola bilməyib.
Hilal Məmmədovun qardaşı Səbahəddin Məmmədov deyib ki, məhbus 14 gün karantində saxlanacaq və həmin müddətdə görüş mümkün olmayacaq: “17 saylı Cəzaçəkmə Müəssisəsi ciddi rejimli həbs yeri sayılır. Bizə karantin müddəti ərzində Hilalla görüşə bilməyəcəyimiz bildirildi. Amma görüşmək üçün yenə cəhd edəcəyik”.
Hilal Məmmədov Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsinə yanvarın 23-də köçürülüb.