İranXƏBƏRLƏR

İran xalçası “Mədəniyyətlərin Yaxınlaşması”nda

Mədəniyyətlərin Yaxınlaşması xalçasının Qum şəhərində təqdimat mərasimi keçirilib.

Mədəniyyətlərin Yaxınlaşması xalçası İranın YUNESKO-dakı səfirinin sifarişi əsasında və bir qrup bacarıqlı sənətkar tərəfindən Qum şəhərində ölkənin tanınmış əl xalçaları istehsalçılarından olan Məhəmməd Cəmşidinin rəhbərliyi altında dizayn edilərək, toxunub.

Bu əsər dünyanın yeddi möcüzəsi və 5 qitənin YUNESKO tərəfindən qeydə alınmış simvolik əsərlərini özündə əks etdirməklə İran diyarının tanınmış incəsənət nümunələrindən biri olan xalça formasında toxunmuşdur.

Mədəniyyətlərin Yaxınlaşması xalçası Mədəniyyətlərin Yaxınlaşması onilliyi münasibətilə toxunub və YUNESKO-da dünya ölkələrinin nümayəndələrinin də iştirak edəcəyi bir mərasimdə sərgilənəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu