AzərbaycanXƏBƏRLƏR

Cəmil Həsənlinin şikayəti təmin olunmadı

Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin İctimai Teleradioya və Mərkəzi Seçki Komissiyasına qarşı şikayətini təmin etmədi.

Cəmil Həsənli İctimai Televiziyadan ödənişli efir vaxtı ala bilməməsindən şikayətçidir. Televiziya ödənişli efir vaxtının ayrılması ilə bağlı müraciət müddətinin bitdiyini bəyan edərək imtina cavabı verib. Namizədin MSK-ya şikayəti isə faydasız olub.

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov “Media forum” saytına deyib ki, indiki prezident seçkisi demokratiya, insan hüquqları, ictimai rəyə əhəmiyyət verilməsi, şəffaflıq uğrunda apardığımız mübarizənin tərkib hissəsidir. Mübarizə davam edəcək. Mən də prosesdən çəkilmək niyyətində deyiləm. 20 ildən sonra yeni mərhələ başlatmışıq. Biz yolumuza davam etməliyik.- deyə Rüstəm İbrahimbəyov bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu