Tehranın cümə namazı xətibi bildirib: İran İslam Respublikası ABŞ-ın İran qarşısında davranış və siyasətlərinin dəyişilməsi yolu ilə amerikalıların danışıq tonlarının dəyişilməsinin təsdiqlənməsini gözləyir.
Tehranın bu həftəki cümə namazının xətibi Höccətülislam vəlmüslimin Kazım Siddiqi həmçinin ABŞ prezidenti Barak Obamanın sionist rejim baş naziri ilə Ağ Evdəki görüşündə sanksiyaların tətbiq olunmasının İranla ABŞ-ın müzakirəsinə səbəb olması ilə bağlı açıqlamasına münasibət bildirib və Birləşmiş Ştatların rəsmilərinə tövsiyə edib ki, sionist rejimin təsiri altına düşməsinlər. Çünki bu rejim saxta və zəifdir və müqavimət qüdrətinə malik deyil. Sionist rejim öz puç iqtidarını 2012-ci ildə Qəzzədə 8 günlük müharibədəki məğlubiyyətdə tamamilə itirmişdir.
Tehranın cümə namazı xətibi həmçinin İran xalqını məntiq, müdriklik və məhəbbətə söykənən mədəniyyətli xalq adlandırıb və əlavə edib: İran İslam Respublikası təkcə Fələstinin məzlum xalqı deyil, dünyanın bütün məzlumları və müsəlmanlarını müdafiə edəcəkdir.