AsyaAvropaDünyaİranXƏBƏRLƏR

İrana qarşı yeni sanksiyalar, Cenevrə müzakirələrinin atmosferinə xələl vurur

İran İslam Respublikası xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini deyib: Cenevrə Anlaşmasından sonra Amerika tərəfindən tətbiq edilən yeni sanksiyalar, münasib hərəkət deyildir və mütləq Cenevrə Müzakirələri atmosferində təxribatçılıq yaradır.

Cenevrə Anlaşmasının regional və ultra-regional siyasi təsirlərinin araşdırılması üzrə keçirilən iclasın kənarında media mənsublarına açıqlama verən Məcid Rəvançi sonra deyib: 5+1 Qrupunda İranla müzakirə edən tərəflərə xüsusilə Amerikaya, hər cür yeni sanksiyaların mənfi nəticələri haqda tam açıq formada xəbərdarlıq edilibdir.
Amerika tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi haqda təəssüfləndiyini bildirən İranın xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini sonra belə əlavə edib: Amerika istisna olmaqla 5+1 Qrupunun üzvləri İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi üçün heç bir hərəkət həyata keçirməyiblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu