İranXƏBƏRLƏR

İranda 4 iri iqtisadi layihə istifadəyə verilib

İranın cənubunda yerləşən Hormozqan ostanında bu gün prezident Mahmud Əhmədinejadın iştirakı ilə 4 iqtisadi və sənaye layihəsi istifadəyə verilib.

Bu layihələrdən biri, ortaq yataq olan Həngam yatağından istehsalın gündəlik 30 min barel artırılmasından ibarətdir.
Hənqam yatağı Hormoz boğazında Fars körfəzinin şərqində yerləşir. Bu yatağın 80%-i İran sularında, qalan hissəsi isə Oman dəniz məntəqəsində yerləşir.

Hənqam yatağı 700 milyon barel neft və 2 trilyon kub fut qaz ehtiyatına malikdir və İranın qonşu ölkələrlə 23-cü müştərək yatağı hesab olunur.

İkinci layihə, Fars körfəzində neft və mədən məmulatlarının boşaldılması və yüklənməsi limanının inkişafı layihəsindən ibarət olub. Bu layihənin istifadəyə verilməsi ilə mədən məmulatlarının yüklənmə və boşaldılma qabiliyyəti 6 milyon tondan 12 milyon tona çatdırılacaq.

Üçüncü layihə 400 kilovatı 230-a çevirən elektrik postudur ki, ölkənin ən iri elektrik postlarından sayılır. Bu layihənin istifadəyə verilməsi ilə, Elektrik stansiyalarından 1850 meqavat və ötürücü xətlərdən 600 meqavat elektrik regiondakı sənaye obyektlərinə çatdırılacaq.

Bu gün istifadəyə verilən dördüncü layihə isə, neft daşıyan gəmi istehsalı və gəmilərin təmiri ilə məşğul olacaq orta şərqin bu sahədə ən iri kompleksi olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu