İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan, düşmənlərin sui-qəsdləri və ssenariləri qarşısında İraqın ərazi bütövlüyü və hakimiyyətinin qorunması lazım olduğunu söylədi.
Abdullahiyan verdiyi açıqlamada, İraqın müstəqilliyi, hakimiyyəti, milli vəhdəti və İraqın ərazi bütövlüyünün Konstitusiya çərçivəsində qorunmasının İran İslam Respublikasının vurğuladığı mövzulardan olduğunu söylədi.
İran xarici işlər nazirinin müavini, İraqın parçalanmasından söz edən bəzi dairələrin, onun gətirəcəyi mənfi nəticələri bilmədiyinə təmasla; İraqın keçmiş diktatoru Səddamın devrilməsindən geriyə qalan qalıqlar ilə tekfirci terroristlərə İraqın və bölgənin təhlükəsizliyini təhlükəyə atmalarına icazə verilməyəcəyini söyləyib.
Əmr Abdullahiyan ayrıca İraq Kürdüstan bölgəsinin liderlərinin də İraq konstitusiyasına bağlı olduqlarına diqqət çəkdi.