İranXƏBƏRLƏR

İran ilə 5+1 qrupu arasında ekspertlər müzakirəsi bu gün də davam edir

Ötən gün (cümə günü 20 dekabr) yekunlaşması qərara alınan İran ilə 5+1 qrupu arasındakı müzakirələr bu gün də Cenevrədə davam edir.

İran ilə 5+1 qrupu arasındakı müzakirələrin 3-cü turunun davamında, ekspertlər səviyyəsində Cenevrə anlaşmasının necə icra edilməsi üzrə aparılan bu müzakirələrin şənbə günü (21 dekabr) də davam etməsi üzərində təkid edilib.
Bu dövr müzakirələrdə İranın xarici işlər nazirinin Beynəlxalq və siyasi məsələlər üzrə baş idarəsinin sədri Həmid Bəidinejad iran heyətinə başçılıq edir. Müzakirələrdə maliyyə, sanksiya və bank işləri üzrə məsələlər müzakirə edilir.
Cenevrədə cümə axşamı günüdən başlanan ekspertlər müzakirələrinə ötən gün (cümə 20 dekabr) yekun vurulması qərara alınmışdı. Müzakirələr 3 dövr həyata keçirilib.
İran ekspertləri ilə 5+1 qrupu arasında aparılman müzakirələr 9 dekabr 4 gün müddətində Vyanada keçirildi lakin ABŞ-ın iranlı şirkətlər əleyhinə yeni sanksiyaların tətbiq etməsi nəticəsində İranlı heyət müzakirələri yarımçıq qoyaraq ölkəyə geri göndülər.
Avropa İttifaqının xarici siyasət üzrə koordinatoru Katrin Aştonun tələbatı üzrə, İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı Brüsseldə onunla görüşərək, müzakirələrin tezliklə yenidən başlanması üzrə razılıq əldə edilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu