DünyaİranXƏBƏRLƏR

İranda Novruzda 50 milyon nəfər səfərdədir

Novruz bayramı günlərində İranın əlaqə yollarında daşınma bu il 50 milyon nəfəri keçib.

İranın Yol və Nəqliyyat Təşkilatının sədri deyib: Bu statistika günəş ili 1391-ci il 24 isfənddən 1392-ci il 2 fərvərdinə qədər olan müddətə aiddir.

Şəhriyar Əfəndizadə deyib: Bu müddətdə ölkə yollarında quraşdırılmış 950 keçid sayğacı vasitəsi ilə 61 milyon avtomobilin keçməsi qeydə alınıb.

Yol və şəhərsalma nazirinin müavini söyləyib: Gediş-gəliş baxımından Rəzəvi Xorasanı Tehran və Mazandarandan sonra 3-cü yerdədir.

O əlavə edib: 1400 yol qrupu, 11 min 500 yol nəzarətçisi bu il ölkə yollarında yerləşdirilib və 2000 yol nəzarətçisi də yollardakı gediş-gəlişlərə nəzarət edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu