İran virtual mühit Yüksək Şurası prezidenti Həsən Ruhani’nin başçılığında, üç erkin başçısı və şuranın üzvlərinin iştirakı ilə toplandı.
Yığıncaqda toplu mesajlar mövzusu və mesajlara ƏDV tarifi tətbiq məsələsi gündəmə getirtildi və əlaqədar fikir bəyanları ardından bu məsələnin daha çox araşdırılmasına qərar verildi.
Prezident bu iclasın açılışında qısaca Kərbəla hadisəsinə təmas edərək, Kərbəla və Aşura hadisəsinin tarix keçidində baki qalan yalnız tarixi bir hadisədən ibarət olmadığını ifadə edərək, Kərbəla və Aşuranın, azad və şərəfli yaşamaq istəyən hər kəs üçün böyük və qurtarıcı bir mədəniyyət olduğunu bildirdi.
Uca İslam peyğəmbərinin, vəfatı ardından bir dəfə daha Kərbəla aynasında təcəlli etdiyini xatırladan Ruhani, “Aşura, bütün insanlar üçün kəramət, qürur və hörmətdir. Necə ki Hz. İmam Hüseyn (ə.s) ömrünün son anına qədər öz Səhabəsinə və övladlarını və özünü şəhid etmək istəyənləri belə doğru yola hidayət etməyə səy göstərmişdir “dedi.