İran Milli Neft Şirkəti Beynəlxalq İşlər Müdiri Muhsin Kamseri, İngilis BP neft şirkətinə 1 milyon barrel qaz kondensat satıldığını açıqladı.
Sanksiyalardan sonra İngiltərəyə yenidən xam neft və qaz kondensat ixracatı başlatıldığına işarə edən İran Milli Neft Şirkəti Beynəlxalq İşlər Müdiri Muhsin Kamseri, İngilis Shell və BP neft şirkətlərinə edilən daşınması spot müqavilə çərçivəsində olduğunu, ayrıca söz mövzusu neft şirkətləri ilə uzun müddətli müqavilə üçün müzakirələrin hələ sürdüyünü dilə gətirdi.
BP neft şirkətinə spot müqavilə çərçivəsində 1 milyon barrel qaz kondensat satıldığını vurğulayan Kamseri, “Shell neft şirkəti ilə də uzun müddətli satış üçün müzakirələr yenidən başlatılırsa da hər hansı bir razılığa varılamadı” dedi.
İngilis Shell neft şirkəti aprel ayında İrana olan 2 milyard 800 milyon dollarlıq borcunu ödədikdən sonra ilk xam neft sevkiyatını İyun ayında İrandan yükləyərək Hollandiyaya aparmışdı.
Muhsin Kamseri, bir neçə gün əvvəl də neft ihracatına bağlı etdiyi şərhdə, “İran, neft istehsalını dondurma planından istisna tutulduğu üçün neft ixracatında artım göstərə biləcək. hal-hazırda ölkəmiz gündəlik ortalama 2 milyon 200 min barrel xam neft beynəlxalq bazarlara ixrac etməkdədir. İrəlidə İranın neft ixrac tutumu günlük150 min barrel daha artacaq “ifadələrini istifadə etmişdi