İran Məhkəmə hakimiyyəti Başçısı Ayetullah Sadiq Amoli Laricani Paris hadisələrini qınadığı şərhində, Qərbdən terrorla əlaqədar ikili standart siyasətindən imtina etməsini istədi.
Məhkəmə hakimiyyəti Başçısı Ayetullah Laricani, Parisdə təşkil edilən terror hücumlarını qınadı.
Qərbin terrorun yaxşısı və pisi varmış kimi davrandığını ifadə edən Ayətullah Laricani, halbuki terrorun hər cürəsini pis və cinayət olduğunu vurğuladı.
Laricani, şom məqsədlərinə çatmaq üçün terror təşkilatlarını törədən ölkələrin indi bu təşkilatların hədəfi halına gəldiyini, amma hələ səhv etdiklərini qəbul etmək istəmədiklərini ifadə etdi.
Laricani ayrıca, Netanyahunun Fransada təşkil edilən terror əleyhdarı gedişə qatılmasını da inanılmaz bir şou olaraq xarakterizə etdi.