Suriya qiyamçıları beynəlxalq təzyiqlər nəticəsində nəhayət Dəməşqin Rif məntəqəsində kimyəvi silahlardan istifadə üzrə tədqiqatların aparılması üçün BMT müfəttişlərini qəbul etmək məcburiyyətində qalıblar.
Fars İnformasiya Agentliyinin Rusiya Əl-Yom şəbəkəsinə istinadən verdiyi məlumata əsasən, Suriya müxalifət koalisiyasının sözçüsü Xalid Saleh cümə gün (23 avqust) İstanbulda keçirdiyi birifinqdə bildirib ki, Suriya Müxalifəti nəzarət edikləri ərazilərdə ötən həftə Dəməşqin Riff məntəqəsində kimyəvi silahlardan istifadə üzrə BMT tədqiqatçılarının təhlükəsizliyini təmin etməyə hazırdır.
Saleh bir daha kimyəvi silahların hökumət tərəfindən istifadə edilməsini iddia edib.
Bu isə bir haldadır ki, Rusiya hökuməti BMT tədqiqatçıları ilə əməkdaşlıq etmədikləri üçün Suriya müxalifətini tənqid edib.
İki gün öcnə Dəməşqin ətrafında kimyəvi silahlardan istifadənin edilməsi nəticəsində 1300 nəfərdən artıq insan həlak olub və Suriya hökuməti isə təkid edir ki, Müxalifət rəsmi Dəməşqə siyasi təzyiqlərin artırılması üçün bu avantürist hərəkətə əl atıblar.