Minlərlə Bəhreyn vətəndaşı ölkə paytaxtı Manamada dincyanaşı aksiya keçirərək Bəhreyndə islahatların aparılması üzərində təkid ediblər.
Röytersin verdiyi məlumata əsasən, Bəhreyn xalqının etiraz aksiyalarından 10 gün ötməsindən sonra, minlərlər Bəhreyn vətəndaşı ötən gün (cümə 23 avqust) bir daha Manamanın ətrafına toplaşaraq aksiya keçiriblər. Akisyaçılar ölkə bayrağı və siyasi məhbusların foto-şəkillərini daşıyaraq, Bəhreyn kralı Həməd Bin İsa Ali Xəlifə və baş nazir Şeyx Xəlifə Bin Salman Ali Xəlifə əleyhinə şüarlar səsləndiriblər.
Bəhreyn aksiyaçıları beynəlxalq ictimaiyyətdən istəyiblər ki, Ali Xəlifə rejiminin insan haqları ilə əlaqədar beynəlxalq qanunları icra etmək üzrə öhdəlik qəbul etmək məcburiyyətində qoysunlar.
Bəhreyn 2011-ci il fevral ayından bəri xalqın dincyanaşı aksiyalar və etirazlarının keçirilməsinin şahidi olduğu bir halda Ali Xəlifə rejimi qüvvələri Ərəbistan işğalçı qüvvələrinin dəstəyi iə bəhreynli vətəndaşları repressiyaya məruz qoyb.