İranXƏBƏRLƏR

İranın cənubu 19 dəfə titrədi

Dünən gecə saat 20-dən bu gün səhər saat 8-dək İranın cənubunda yerləşən Hörmüzqan ostanı 19 dəfə titrəyib.

Bu məntədə ən böyük yeraltı təkan rixter cədvəli ilə 5 bal gücündə və 8 km dərinlikdə dünən gecə saat 23-də qeydə alınıb.

İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri- Mahmud Müzəffər deyib: Bu yeraltı təkan heç bir insan zərəri olmadan başa çatıb və təkcə 2 yaşayış binası dağılıbdır.

Zəlzələdən dərhal sonra xəsarətin miqdarını dəyərləndirmək üçün 5 yardımçıdan ibarət bir əməliyyat qrupu məntəqəyə göndərilib.

Həmçinin dünən gecə və bu gün səhər 5 və 4,2 bal gücündə yeraltı təkanlar Buşehr və Sistan və Bəluçestan ostanlarının bəzi məntəqələrini titrədibdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu