İranXƏBƏRLƏR

İranın dondurulmuş hesabları azad olunub

İran İslam Respublikasının iqtisad naziri İranın dondurulmuş hesablarının azad olunduğunu bildirib.

Əli Təyyibniya deyib: İranın xarici dondurulmuş maliyyə hesablarında açılımlar olmuşdur. Beləliklə öz maliyyə hesablarımızdan inşaat layihələrinin icrasında istifadə edə bilərik.
İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü İngiltərə, Çin, Fransa, Rusiya və ABŞ və Almaniya daxil olmaqla 5+1 qrupu Cenevrədə 24 noyabrda bir neçə sıx müzakirələrdən sonra, İranın nüvə enerjisi proqramı barəsində qərbin 10 illik naməlum məsələlərindən çıxmaq və bu münaqişənin tam həllinə şərait yaratmaq məqsədilə müvəqqəti anlaşma imzaladılar.
Bu anlaşmaya əsasən, İranın dondurulmuş neft gəlirlərindən milyardlarla dollar vəsait azad olunacaq və İranın nüvə enerjisi proqramı üzrə daha artıq arxayınlıq yaratmaq qarşılığında tədricən bəzi sanksiyalar ləğv ediləcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu