İran İslam Respublikası ordusu Dəniz Qoşunlarının 27-ci hərbi dəniz bölməsi İranın neft tankerləri və ticarət gəmilərinin təhlükəsizliyini qorumaq məqsədilə beynəlxalq sulara doğru yola çıxaraq, Sudan limanına yan alıb.
İİR ordusunun Dəniz Qoşunlarının ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, helikopter daşıyan Xark və Savalan kreyserindən ibarət olan bu hərbi dəniz bölməsi 2600 kilometrlik bir məsafəni qət etdikdən sonra, Sudan sahillərinə yan alıb.
Sudan limanına kimi olan məsafəni qət edərkən İranın hərbi dəniz bölməsi 14 ticarət gəmisi və neft tankerini müşayiət edib.
İran İslam Respublikası ordusunun hərbi dəniz bölmələri beynəlxalq sulardan İran bayrağını dalğalandıraraq, beynəlxalq dənizçilik qanunları əsasında İran gəmilərinin ticarət yolunda təhlükəsizliyi təmin etmək üçün Qırmızı dəniz, Hind Okeanı və Babülməndəb boğazında iqtidarlı iştiraka malikdirlər.