İranın Atom Enerjisi Təşkilatının sədri bəzi Qərb medialarının sanksiyaların ləğv edilməsi təqdirində Tehran vilayətinin cənubunda Qum şəhərində yerləşən Fordo Nüvə Təsisatının bağlanması ehtimalı üzrə xəbərlərini rədd etdi.
Əli Əkbər Salehi bu gün çərşənbə günü Tehranda media mənsublarına verdiyi açıqlaması zamanı İngiltərədə yayımlanan Qardiyan qəzetinin İran prezidentinin Fordo Nüvə Təsisatını bağlamaq istədiyi haqda xəbəri barədə münasibət bildirərkən, belə bir şeyin olmadığını bildirdi.
İranın 5+1 Qrupu ilə müzakirə edən qrupunun təşkil edilməsindən xəbər verən İranın Atom Enerjisi Təşkilatının sədri sonra deyib: nüvə danışıqlarında müzakirə edən qrupda yerləşən şəxslər bu haqda lazımi təcrübə və keçmişə malikdirlər.

