
İranın mədəniyyət və islami irşad naziri ən yaxşı film nominasiyasında Oskar mükafatının anti-İran “Arqo” filminə verilməsini düşmənçiliyə əsaslanan rəftar adlandırıb.
İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Hüseyni Mehr Xəbər Agentliyi ilə müsahibədə ABŞ prezidentinin həyat yoldaşı Mişel Obamanın gözlənilməz bir hərəkətdə ən yaxşı film nominasiyasında anti-İran “Aqro” filminin adını elan etməsinə reaksiya olaraq deyib: Amerikalılar bu filmlə bağlı böyük təbliğatlar aparıblar və onu bir anti-İran filmi olaraq tanıtdırmağa çalışıblar. Bu isə İran kinematoqrafiyasının öhdəsinə daha ağır məsuliyyətlər qoymuş olur. Belə ki, gələcəkdə onlara cavab olaraq, daha güclü filmlər çəksinlər.
Məhəmməd Hüseyni əlavə edib: Anti-İran “Arqo” filmi heç bir ədəbi dəyərə malik olmayan son dərəcə zəif bir filmdir və əlbəttə düşməndən bundan artığını da gözləmək olmaz.
85-ci Oskar mərasimində ən yaxşı film nominasiyasında “Arqo” adlı anti-İran bir filmin mükafatlandırılması bir daha sübut edir ki, ABŞ-ın kino sənətinin mərkəzi olan Hollivuddua siyasət kino sənətinə qələbə çalıb.
“Arqo” elə bir şəraitdə 85-ci Oskar mərasiminin ən yaxşı mükafatına layiq görülüb ki, daha güclü filmlər olan “Linkon” və “Pinin Həyatı” ilə müqayisədə daha zəif olub. Buradan da aydın olur ki, mükafatın verilməsində yaradıcılığa yox, filmin arxasında duran siyasi qərəzlərə diqqət göstərilib.