AsyaDünyaİranXƏBƏRLƏR

İranın Qabilələr Cəmiyyətinin məsul şəxsləri İnqilab Rəhbəri ilə görüşüblər

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Nəslin çoxalması məsələsi və gənc cəmiyyətin azalması əsas məsələ kimi izlənilməlidir.

Həzrət Ayətullah Xamenei bu gün bazar ertəsi Ümumdünya Qabilə günündə Qabilələr Cəmiyyətinin məsulları ilə görüşərək qabilələrin ictimaiyyətin sağlamlığını təmin və bəşər nəslinin davam etməsində rollarını çox əhəmiyyətli və dəyərli qiymətləndirərək İran cəmiyyətinin çoxalması istiqamətində qabilələrin xidmətlərindən düzgün bəhrələnmək üçün münbit şəraitin yaradılmasına təkid etdilər.

İnqilab rəhbəri nəslin çoxalması eləcə də təbii doğuş və qabilələr xidmətlərinin əhəmiyyətinə işarə edərək xatırladıblar: Gənc cəmiyyət ölkə üçün imtiyaz sayılır və cəmiyyətin azalmasına səbəb olan siyasətlərin davam etdirildiyi təqdirdə gələcək illərdə “ümumi yaşlılıq” adlı böyük bir xəsarətlə üzləşməliyik. Böyük Rəhbər əlavə ediblər: Gənc cəmiyyəti olmayan ölkə inkişaf, bacarıqlılıq və həyəcanı olmayan ölkə deməkdir. Buna görə də nəslin çoxalması proqramı ciddi şəkildə izlənilməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu