Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri ABŞ-ın Suriya hökumətinə qarşı kimyəvi silahlardan istifadə ilə bağlı ittihamlarını Suriyaya hərbi müdaxilə üçün bəhanə adlandırıb.
Fars xəbər agentliyinin məlumatına görə, Rusiya əl-Youm telekanalı Aleksi Buşkova istinadla bildirib ki, Vaşinqtonun Dəməşqə qarşı ittihamları Suriyaya qarşı hərbi müdaxilə üçün bəhanəyə çevrilə bilər.
Buşkov öz tvitter səhifəsində də yazıb: ABŞ Dəməşqə qarşı yeni hücuma başlayıb. Necə ki, Buş da nüvə silahları bəhanəsi ilə İraqa hücum etmişdi. Amma, bu iddiaların bəhanədən başqa bir şey olmadığı ortaya çıxdı.
ABŞ-ın müdafiə naziri Çak Hegel bundan öncə demişdi ki, Amerikanın Kəşfiyyat Təşkilatı Suriyanın məhdud şəkildə kimyəvi silahlardan istifadə etdiyinə inanır. Halbuki, Dəməşq dəfələrlə bu ittihamları rədd edərək, terrorçuların Hələb şəhərinin Xanəsəl məntəqəsində sivil insanlara qarşı kimyəvi silahlardan istifadə etdiyini bildirmiş və BMT-nin lazımi araşdırmalar aparmaq üçün Suriyaya faktaraşdırıcı heyət göndərməsini istəmişdi.