DünyaXƏBƏRLƏR

NATO-nun 2 yük maşını Pakistanda yandırıldı

Pakistanın polis rəsmiləri naməlum silahlı hücumçuların ölkənin cənub-qərbində NATO-ya məxsus 2 ədəd yük maşınını yandırmalarından xəbər verib.

NATO-ya məxsus yük maşınları Əfqanıstandan Pakistanın Kəraçi şəhərinə doğru hərəkət etməkdə olarkən, Bəluçestan vilayətinin Məstunək məntəqəsində naməlum silahlı hücumçuların hədəfinə çevrilib. İndiyə kimi heç bir qrup hadisənin məsuliyyətini üzərinə götürməyib.
Amma, yerli rəsmilər bu hadisəyə görə Taliban yaraqlılarının məsuliyyət daşıdığını bildiriblər.
Pakistan hökuməti bildirib ki, Əfqanıstandakı 150 min xarici hərbçi üçün lazım olan təchizatlar və sursatın daşınmasında Pakistan ərazisindən istifadə edilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu