“MTN həbs olunmuş mübariz ruhani Hacı Tale Bağırovun işi ilə bağlı istintaqa onun bir sıra çıxışlarının videoçarxlarını təqdim edib. Görünür burda da Tale Bağırova qarşı yeni ittihamlar olacaq.”
Bu Hacı Tale Bağırovun müdafiə komitəsinin mətbuat konfransında xalqa bildirilib.
Konfransda iştirak edən vəkil Cavad Cavadov bildirib : “Tale Bağırov Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) oranın rəisi tərəfindən fiziki təzyiqə məruz qalıb. Artıq Tale Bağırovun işini bağlı Avropanın nüfuzlu insan haqqları təşkilatlarından biri olan “Forum 18″ nəzarətə götürüb. Mən onlarla yaxın vaxtlarda əlaqə saxladım. Onlarda narahatçılıqların qeyd etdilər. Artıq ölkədə azad söz deyən hər bir insanın həbs olunmasına etiraz olunmalıdır. Tale Bağırov nə qədər güclü biri olsada, biz icazə verməməliyik ki, onu həbsxanada məhv etsinlər. Onu müdafiə etmək hər birimizin borcudur. ”
Tale Bağırovun müdafiə komitəsinin katibi, hüquq müdafiəçisi Namizəd Səfərov qanunsuz həbsə qarşı keçiriləcək aksiya ilə bağlı bildirib : “Mitinqin vaxtı yunun ayının 9-na təyin edilib. Keçirilən aksiyada bütün siyasi məhbusların azadlığı tələb olunacaq.”