İranın Seçki Qərargahı radio və televiziya vasitəsilə yayımlanan 14 saylı bildiriş vasitəsilə ölkənin bütün seçki məntəqələrinə göstəriş verir:
“Seçkidə iştirak etmək istəyən bütün əlillər və ya savadsız insanları səsvermədə iştirak üçün inandıqları və etibar etdikləri bir nəfər müşayiət edə bilər. Seçkidə iştirak edən bütün məsul şəxslər, o cümlədən səsvermə məntəqələrinin sədr və üzvləri, icra başçılarının nümayəndələri, müşahidəçilər, Konstitusiyanın icrasına nəzarət üzrə Negəhban Şurasının nümayəndələri, səsvermənin təhlükəsizliyinə zəmanət verən şəxslər seçicilərin bülletenlərini doldurmaq icazəsinə malik deyillər.