BəhreynXƏBƏRLƏR

Bəhreyn vətəndaşları Ali-Xəlifə rejimi əleyhinə aksiyalarını davam etdirirlər

Bəhreyn vətəndaşları bu ölkədə siyasi məhbusların işgəncə edilməsinə qarşı etiraz olaraq aksiya keçiriblər.

Bəhreyn vətəndaşları dünən cümə axşamı günü gecə bu ölkənin müxtəlif məntəqələrində, o cümlədən Manama, Setrə, Biladi-Qədim məntəqələrində aksiyalar təşkil edərək, siyasi məhbusların əzab-əziyyətlərə məruz edilmələrini pisləyiblər. Aksiya iştirakçıları Ali-Xəlifə rejiminin cinayətkarcasına hərəkətlərinin dayandırılmasını istəyiblər.
Bəhreyn vətəndaşları həmçinin şüarlar səsləndirərək, Ali-Xəlifə rejiminin devrilməsi habelə bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə Bəhreyn kralı Həməd Bin İsa Ali-Xəlifənin beynəlxalq məhkəmələrdə mühakimə edilmələrini istəyiblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu