AfrikaXƏBƏRLƏR

Misirli tələbələlə polis arasında qarşıdurma baş verib

Misirin bəzi universitetləri, təhlükəsizlik qüvvələri ilə müxaliflər arasında toqquşmalar səhnəsi olub.

ikinci gün ardıcıl olaraq, Əl-Əzhər universitetinin tələbələri ilə Misirin təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib, nəticədə bir neçə nəfər ölüb və yaralanıb.

Minlərlə İxvanəl müslimin tərəfdarının aksiya keçirərək Misirin yeni hökumətinə qarşı şüarlar səsləndirməsindən sonra toqquşmalar baş verib.
Qarşıdurmalar Əl-Əzhər universitetinə məhdudlaşmayıb, Qahirə universitetində də təhlükəsizlik qüvvələri tələbələrin etiraz aksiyalarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Qahirə universitetindəki etirazlarda ,siyasi islam cərəyanlarına aid olmayan gənclər də iştirak ediblər. Etirazçılar daxili işlər nazirinin vəzifəsindən kənarlaşdırılmasını tələb ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu