İranın voleybol üzrə yığma komandası son iki il ərzində dünya voleybolunun sensasiyası adlanan Almaniya yığmasını da cümə günü 3:0 hesabı ilə məğlub etdi.
Dünya Voleybol Liqasının təsnifat mərhələsinin son turunda qırmızı geyimli almanlar qarşısında matça çıxan İranın ağ geyimli voleybol üzrə yığma komandası 1, 2 və 3-cü setləri 25:19, 25:18 və 25:20 hesabı ilə qalib başa vurub və alman lokomotivinin hərəkətini İranda dayandırıb.
İran voleybolçuları təsnifat mərhələsində 5-ci qələbəni bayram ediblər.
Nazirlər Kabineti bazar günü bir mərasim təşkil edərək İranın voleybol üzrə yığma komandasının üzvlərini mükafatlandırmağı nəzərdə tutub.
Qeyd edək ki, İranla Almaniya matçından öncə İranın idman naziri yığma komandanın oyunçularının hər birinə 50 milyon tümən məbləğində mükafatın verilməsinə göstəriş vermişdi.



