Müxalifət namizədi dəstəyi ölkə xaricində axtarırmı?
Sentyabrın 12-də Milli Şura üzvləri İngiltərədə görüşlərə başlayıb.Bu məqsədlə Milli Şuranın namizədi Cəmil Həsənli və El hərəkatının sədri Eldar Namazov və Milli Şura sədri Rüstəm İbrahimbəyov Londondadır.
Milli Şura üzvlərinin əsas görüşü sentyabrın 12-də İngiltərənin Xarici İşlər Nazirliyində baş tutacaq. Həmçinin İngiltərədə qeyri-hökumət təşkilatları ilə görüşü planlaşdırılıb. Nəzərdə tutulan görüşlərdə tərəflər Azərbaycandakı ictimai-siyasi durumu, təxminən 1 ay sonra keçiriləcək prezident seçkiləri ilə bağlı yaranan şəraiti, eləcə də ümumilikdə Güney Qafqazda demokratiyanın vəziyyətini müzakirə edəcəklər.
Bundan əvvəl isə Rüstəm İbrahimbəyov özünün seçkidə iştirak etmək üçün şərait yaratmaq məqsədi ilə ABŞ-a səfər etmişdir!
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev isə ABŞ, Rusiya və Türkiyəni onun prezidentliyinin davamını istəyən stratejik müttəfiqləri bilir.
Müşahidəçilərin fikrincə Rusiya Prezidenti Vladimir Putinin son Bakı səfəri Azərbaycan Respublikası president seçkisinin nəticəsinin qabağcadan müəyyənləşdirmiş olub.