İran ordusunun Xatəm-əl-Ənbiya(s.ə.s) Hava Hücumundan Müdafiə Qərargahının komandanı bütün uçuşları izləmək və onlara nəzarət üçün sərhədlərdə yerləşdirilmiş yeni lokator sistemlərinin qabiliyyətindən xəbər verib.
General-mayor Fərzad İsmayili bu gün bu qərargahın komandanları və işçilərinin Həzrəti İmam Xomeyni(r.ə)-in yüksək mövqeyinə hörmət mərasiminin kənarında deyib: Sərhədlərdə yerləşdirilmiş yeni lokator sistemləri təkmilləşmiş təchizatlara malikdirlər və bazar günü nümayiş etdiriləcək.
General-mayor İsmayili əlavə edib: Bu sistem İranda mövcud olan digər lokatorlarla yanaşı hiss olunmayan və gizli təyyarələri görmə qabiliyyətinə malikdir və hazırda da İranın hava şəbəkəsində informasiya və elektronik dinləmə daxil olmaqla mövcud platformaların toplusu bütün təyyarələrə nəzarət qabiliyyətinə malikdir.