AsyaDünyaİranXƏBƏRLƏR

“İranın zənginləşdirmə sahəsində heç bir problemi yoxdur”

MAQATE-nin sabiq baş direktoru deyib: İran nüvə silahlarının yayılmasına qadağa qoyan müqavilə (NPT)-ı imzaladığı üçün zənginləşdirməni davam etdirməyə heç bir problemlə qarşı-qarşıya deyil.

İRNA-nın verdiyi məlumata əsasən, Hans Biliks İranın ikinci Telekanalı ilə müsahibədə, NPT-nin 4-cü maddəsinə əsasən zənginləşdirmə haqqı barədə deyib: Mənim qənaətimcə, bu sahədə hansısa hüquq normalarını başqa cür təbir etmələrin yeri yoxdur və aşağı səviyyədə zənginləşdirmək üçün heç bir problem yoxdur.

Biliks ABŞ-ın İsrailin nüvə cəbbəxanaları ilə bağlı ikili standartlara əsaslanması haqda deyib: Amerika hərçənd İsraildən qəzəblidir lakin onun qarşısında heç bir addım atmaq istəmir yaxud əsasən hər hansı addım atmaqdan acizdir.

MAQATE-nin sabiq baş direktoru deyib: Dünya İsrailin nüvə silahlarından nigarandır və hamı səy edir ki, onları nüvə başlıqları hədəsindən rahat olsun.

O İranın nüvə proqramı əleyhinə işlədilmiş Staksnet adlı kompoter virusundan istifadə barədə deyib: Həmin kompoter virusu, Sentrifuqların fəaliyyətini əngəlləyir və bütün dünya üçün bir hədə hesab olur və hökumətlər qarşılıqlı əməkdaşlıqla bu məsələ ilə qarşılaşmalıdırlar.

Biliks beynəlxalq ictimaiyyətin iranlı alimlərin terror edilməsini pisləməməsi haqda deyib: Biz bu işin əsas amillərini pisləyirik və beynəlxlaq ictimaiyyət də bu cinayəti pisləməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu