İranXƏBƏRLƏR

İranla AEBA arasında müştərək əməkdaşlıq anlaşması imzalandı

İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında müştərək əməkdaşlıq anlaşması imzalandı.
İran prezidentinin müavini və İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano bu gün bazar ertəsi günü müştərək əməkdaşlıq anlaşmasını imzaladılar.
Bu anlaşma sənədinin mətni hələ medialara açıqlanmayıb.
Həmçinin İranın Milli Təhlükəsizlik Ali Şurasının razılığı ilə Ərak Ağır Su Təsisatlarına baxış keçirmək üçün MAQATE-yə icazə verildi.
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin sözlərinə görə bu hərəkət İranın Milli Təhlükəsizlik Ali Şurasının icazəsi ilə və İranın xoşməramlılığını göstərmək üçün həyata keçirilib və Nəzarət Sistemləri üzrə öhdəliklərə əsasən İran bu haqda heç bir öhdəliyə malik deyildir.
Həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə Bəndər-Abbasın Gəçin mədəninə baxış keçirmək icazəsi də verilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu