DünyaXƏBƏRLƏR

AEBA müfəttişləri İrana gəlirlər

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri İranın Mərkəzi Vilayətində yerləşən Ərak Ağır Su İstehsalı Zavoduna baxış keçirmək üçün bu gün günortadan sonra Tehrana daxil olacaqlar.

AEBA müfəttişləri İranın bu beynəlxalq qurumun istəyi ilə razılaşmasının ardınca sabah bazar günü Ərak Ağır Su İstehsalı Zavoduna baxış keçirəcəklər.

İranın Atom Enerjisi Təşkilatının direktoru Əli Əkbər Salehi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yokio Amano 11 noyabr 2013-cü il tarixində 6 bənddən ibarət bir əlavəyə malik olan “Əməkdaşlıq Prinsipləri” adlı müştərək bir bəyanat imzalayıblar ki, bu bəyanata əsasən agentliyin müfəttişləri Tehranın könüllü olaraq dəvəti əsasında Ərak Ağır Su İstehsalı Zavoduna və Bəndər Abbas liman şəhərində yerləşən Gəçin mədəninə baxış keçirəcəklər.

İranın Atom Enerjisi Təşkilatı İranın nüvə fəaliyyətlərinin dinc məqsədlərə xidmət etdiyini göstərmək və öz xoşməramlılığını bəyan etmək üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın Ərak Ağır Su İstehsalı Zavoduna baxışın keçirilməsi üzrə istəyinə müsbət cavab verib.

Bu, üçüncü dəfədir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri Ərak Ağır Su İstehsalı Zavoduna baxış keçirəcəklər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu