Sionist rejim əsgərləri dünən gecə və bu gün İordan çayının müxtəlif bölgələrini o cümldən Qəlqiliyyə və Cenin şəhərlərinə basqın ediblər. Hücumda sionistlər 16 fələstinlini oğurlayıblar.
Almaniyanın xəbər agentliyinin məlumatına görə bu bölgələrdə Sionist rejim hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma baş verib. Qarşıdurmada çoxlu sayda fələstinli yaralanıb.
Sionist rejim qüvvələri çərşənbə günü də Ramollah, Əl-Xəlil və Betləhm şəhərlərinə hücum edərək o cümlədən Fələstinin İslami Cihad Təşkilatının fəal üzvlərindən olan Şeyx Cəmal Həmamərəni həbs edib özləri ilə naməlum yerə aparıblar.
