Urmiya Universitetinin tədqiqatçıları 4 il davam edən araşdırmaların ardınca, nəhayət ağır metal ionlarını cəzb etmək qabiliyyətinə malik 3 boyutlu polimer düzəltməyə nail olublar. Bu polimer “Polistayren Alternativ Malek Anidrid” adlanır.
Urmiya Universitetinin elmi heyətinin üzvü Peyman Nəcəfi Müqəddəm deyir: Hal hazırda arsenik polimerinin istehsalı layihəsi üzərində çalışırıq.
Nəcəfi Müqəddəm əlavə edib: Bu elmi araşdırma üç boyutlu rezin bir polimerin əldə edilməsi ilə nəticələnib. Bu polimer ölkədə ilk dəfə olaraq suda olan ağır metal zərrəciklərini özünə cəzb etək xüsusiyyətinə malikdir.
O, daha sonra deyib: Bu polimer həmçinin, suların təmizlənməsi və sənaye sularının tullantılardan təmizlənməsi sənayesində istifadə oluna bilər.
Nəcəfi Müqəddəm sonda vurğulayıb: Ucuz və sadə olması, xammalının ölkə daxilində mövcud olması Urmiya Universitetində istehsal olunan polimerin digər özəllikləridir.

