Azərbaycan Respublikasında həbs olunmuş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli ictimaiyyətə müraciət edərək bildirib: “9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkisindən sonra hakimiyyət müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına qarşı tolerant davranmaq bacarığını tamam itirib.”
Anar Məmmədli vurğulayıb : “Əslində, bizim seçki prosesi üzrə sənədlərimizə və mövqeyimizə MSK-nın deyil, Baş Prokurorluğun “reaksiya verməsi” ölkədə müstəqil və peşəkar seçki administrasiyasının olmamasının sübutudur.”
Anar Məmmədli əlavə edib: “Mənim həbsimə gəldikdə isə, bunu tamamilə əsassız hesab edirəm. Dekabrın 16-da Nəsimi Rayon Məhkəməsində müstəntiq iddia etdi ki, guya mənim xarici ölkələrlə stabil əlaqələrimin olması, habelə mənim Bakı şəhərində qeydiyyatımın olmaması bu həbsi zəruri edir. Bu, tamamilə gülünc mövqedir.”