Misirdəki xəstəxana mənbələri bildiriblər ki, bu ölkənin Mənsurə şəhərində Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları və müxalifləri arasında baş vermiş toqquşmalarda üç nəfər ölüb, yeddi nəfər isə yaralanıb.
Frans-Pressin verdiyi məlumata görə bu toqquşmalar Misir ordusunun aqressiv küçə etirazlarını repressiya edəcəyi haqda xəbərdarlıqlar irəli sürdüyü bir halda baş verir.
Məhəmməd Mursinin devrilməsindən iki həftənin ötməsinə rəğmən hələ də bu ölkədəki qarşıdurmalar kəskinliyini qoruyur.
Məhəmməd Mursinin tərəfdarları və müxalifləri ayrı-ayrılıqda cümə günü Misirin müxtəlif şəhərlərində aksiyalar təşkil ediblər.
Mursinin tərəfdarlarından on minlərlə nəfər də cümə günü Qahirədə aksiyalar təşkil edərək, onun hakimiyyətə geri dönməsini istədilər.
Misirdə yaraqlıların Sina yarım adasının şimalına qarşı həyata keçirdikləri ən son hücumlarında ən azı üç nəfər dünyasını dəyişib.
Sinadakı gərginliklər üç iyul, Misir ordusunun Mursini hakimiyyətdən kənarlaşdırmasından bəri şiddətlənibdir.
