İran İslam Respublikası prezidenti Nigeriyalı alimlər və mədəniyyət xadimləri ilə görüşdə dünyanın korrupsiyaçı qüdrətlərinin çıxılmaz vəziyyətlə üzləşdiklərini deyərək, bu gün bəşəriyyətin sürətlə birliyə doğru hərəkət etdiyini vurğulayıb.
Mahmud Əhmədinejad Nigeriyaya daxil olduqdan sonra İranın Nigeriyadakı səfirliyində səmimi bir atmosferdə baş tutan görüşdə nigeriyalı alimlər və ziyalılar ilə söhbət edib.
İran prezidenti bu görüşdə deyib: Əgər qlobal bir hədəfə malik olmasaq, bəşəriyyət düşmənləri elə şüarlar verəcəklər ki, müsəlmanlara zərər versinlər.
Nigeriya Afrika Qitəsinin qərbində yerləşir və 12 milyon kvadratmetr əraziyə malikdir. Bu ölkə ərazisinin böyüklüyü baxımından dünyanın 20-ci ən iri ölkəsi sayılır.
Nigeriya 1960-cı ildə rəsmən Fransanın müstəmləkəsindən çıxaraq, öz müstəqilliyini elan edib. Nigeriya zəngin təbii sərvətlərə və uran mədənlərinə malik olmasına baxmayaraq, dünyanın yoxsul ölkələrindən biri hesab olunur.