AsyaDünyaSuriyaXƏBƏRLƏR

Suriya, Cenevrə Müzakirələrində iştirak üçün hazırlığını bildirdi

Suriya xarici işlər nazirinin müavini ölkəsinin, gələcək dövr Cenevrə Müzakirələrində iştirak etmək üzrə hazırlığına təkid etdi.

BBC Telekanalına müsahibəsi zamanı bu haqda münasibət bildirən Feysəl Miqdad həmçinin deyib: Suriya dövləti heç vaxt bu ölkənin idarə edilməsi işlərini müxaliflərin kiçik bir qrupuna tapşırmayacaq, çünki Suriya milləti, bu ölkənin prezidenti, dövləti və başqa qurumları haqda qərar çıxarmalıdır.

Suriyadan əldə etdiyimiz başqa bir xəbərə görə bu ölkənin Deyrəzzür şəhərinin ətrafında Suriya və İraq İslam Dövləti (Daeş) adlı terror qruplaşması ilə Əl-Nüsrə terror dəstəsi arasında baş verən toqquşmaların davamında onlarla terrorçu öldürülüb.

Suriyanın Rif-Dəməşq vilayətinin Yəbrud şəhərində də Suriya ordusunun pusqusunda bir terror dəstəsinin üzvləri öldürülüb.

Suriyadakı bir hərbi mənbə də bu ölkənin qərbində sionist rejimin istehsalı olan 4 raket anbarının, habelə yəmənli, mərakeşli və iraqlı terrorçuların məhv edilməsindən xəbər verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu