İraq Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü deyib: Türkiyə İraqın daxili işlərinə qarışmağa son qoysun.
Sadiq Əl-Rikabi Əl-Məyadin telekanalı ilə müsahibədə İraq Kürdüstanı məntəqəsinin başçısı- Məsud Barizaninin Türkiyəyə səfərinin Ankara-Bağdad əlaqələrinə təsiri barədə deyib: Türkiyə-İraq əlaqələri müxtəlif dəlillərə görə, böhranlıdır.
İraq Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü sonra deyib: Hal-hazırda üç əsas problem mövcuddur. Birincisi, Türkiyə İraqdakı siyasi qruplar arasındakı ixtilaflardan bəhrələnmək ardınca olmamalıdır.
İkincisi, Türkiyə İraqın milli təhlükəsizliyinə zərbə vurmaq ardınca olmamalıdır. Ankara Suriyadakı yaraqlı terrorçu qrupları silah-sursat cəhətdən himayə edir və bu terrorçular öz terror fəaliyyətlərini İraq ərazisinə çəkiblər.
Üçüncü problem, su mənbələri barədədir. İraq Türkiyə ilə anlaşma üçün “açıq qapılar” siyasətini seçmişdi və Türkiyə İraqda bir çox iqtisadi maraqlara çatıb, lakin Türkiyə rəsmiləri su mənbələri böhranı barədə dialoqla müxalifdirlər. İqtisadi anlaşmalar birtərəfli ola bilməz.
Sadiq Əl-Rikabi əlavə edib: Türkiyənin Məsud Barizanini qəbul etməsi Ankaranın bu ölkənin kürdləri ilə üzləşdiyi problemlərdən qaçmaq üçündür.
