İraq rəsmisi Əl-Cəzirə telekanalına bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar İsmayıl Qaani Cərf bölgəsindəki böhranı həll etmək üçün İraqa gəlib.
İraq rəsmisinin sözlərinə görə, Sərdar Qaani böhranın sona çatdırılması ilə bağlı razılaşma əldə etmək məqsədilə İraqın baş naziri və siyasi liderləri ilə görüşüb.

